top
Ramazanda necə düzgün qidalanmaq olar? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA
01 mart 2025, 06:37
- ↺ +

Ramazanda necə düzgün qidalanmaq olar? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ramazan ayının ilk gününü yaşayırıq. Bu ayda oruc tutanlar üçün imsak və iftar zamanı düzgün qidalanma həm enerji, həm də sağlamlıq baxımından çox önəmlidir. Oruc tutarkən bədən uzun saatlar boyunca heç bir qida almadığı üçün düzgün və balanslı qidalanma orqanizmin sağlam qalmasını təmin edir.

Bəs bu ayda oruc tutanlar imsak və iftarda hansı qidalara üstünlük verməlidir ki, sonradan sağlamlıqlarında problem yaşamasınlar?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, ilk növbədə oruc tutan insanlar Ramazan ayının mənəvi tərəfləri ilə bağlı geniş fikirlərə malik olmalıdırlar:


“Çünki əksər hallarda insanlar, xüsusilə də son dövrlərdə Ramazan ayında oruc tutmağı ümumiyyətlə öz gerçək mənasından uzaqlaşdırıb, kilo vermək və ya uzun müddət ac qalmaq kimi anlayışlarla qarışdırırlar. Nəzərə almaq lazımdır ki, Ramazan ayı insanın öz nəfsini, tamahını cilovlamaq, özünü Allaha yaxın hiss etməsi və ibadətləri üçün nəzərdə tutulan aydır. Buna görə də Ramazan ayında mütləq şəkildə bu amillərə daha ciddi diqqət yetirərək oruc tutmaq lazımdır.
Xroniki xəstəlikləri olan, davamlı dərman vasitələri qəbul edən, hamilə və süd verən qadınlar oruc tutmaqdan azad ola bilərlər”.

Ekspert imsak və iftar zamanı düzgün qidalanmaq barədə söz açıb:

“İmsakda və iftarda balanslı və doğru qida seçmək lazımdır. İmsakda tox tutacaq qidalardan istifadə etmək lazımdır. Heyvan mənşəli qida, süd və süd məhsullarından istifadə tövsiyə olunur. Yaxşı olar ki, tam buğda unundan hazırlanan çörək yox, yulafdan istifadə etsinlər. Daha doyumlu olacaq. Bir ovucu keçməmək şərti ilə çərəz, yəni badam, qoz və fındıq qəbul etməlidirlər. Qovurulmuş çərəzlərdən yaxşı olar ki, istifadə edilməsin. İmsakda çay ilə yanaşı su içməyə də diqqət etmək lazındır. Maye əsasdır. Doğru maye qəbul etməyənlər susuzluqdan əziyyət çəkə bilərlər. Şirin və qazlı içkilərə yol vermək olmaz.

İftarda orucu su ilə açandan sonra ara verib, meyvə şirəsi və ya şorbadan istifadə etmək lazımdır. Bu da mədə şirəsinin doğru ifrazına və həzmə kömək edəcək. Qida qəbul edərkən daha tez həzm olunacaq aşağı kalorili qidalara üstünlük verməlidirlər. 40 dəqiqə aradan sonra desert qəbul edə bilərlər. Hər yemək arası interval olmalıdır. Çoxlu çeynəmək və yavaş yemək tövsiyə olunur. Mütləq imsakda və iftarda mövsümü tərəvəzlərdən istifadə etmək lazımdır. Mədə-bağırsa yaxşı təsir edəcək. İnsanlar qəbizlikdən əziyyət çəkməyəcəklər. Daha rahat olmaq üçün şəkərli və şirin qidalardan, duzlu turşulardan uzaq durmaları tövsiyə olunur. Bu, susuzluqdan əziyyət çəkməməyə və ac saatları daha rahat keçirməyə yardım edəcək”.

M.Hüseynova bildirib ki, oruc tutan insanlar fiziki aktiv olmalıdırlar:

“Orucluğu yataraq keçirmək də olmaz. O zaman orqanizm tənbəlləşər və passivlik müşahidə olunar. Bəzi insanlar iftardan sonra imsaka qədər olan arada yuxusuz qalırlar ki, bu da sağlamlığa problem yarada bilər. Yaxşı olar ki, yatsınlar. Yuxunu tam alsınlar. İmsakda artıq yenidən oyanaraq yuxu rejimini pozmasınlar. İlk üç gündə ağrılar ola bilər. Şişkinlik də istisna edilmir. Əgər oruc tutan şəxs düzgün qidalardan balanslı şəkildə istifadə edirsə, bu problemlər orqanizmin öyrəşməsi üçün normaldır”.

Tanınmış həkim-diyetoloq, uzunömürlülük üzrə ekspert, pəhriz kitablarının müəllifi Leyla Zülfüqarlı qeyd edib ki, Ramazan ayında oruc tutmaqla təkcə nəfsimizə hakim kəsilmir, həm də haramdan uzaq duraraq saflaşmağa çalışırıq:

“Bu saflaşma həm fikirlərimizin, əməllərimizin, həm də paralel olaraq, orqanizmimizin təmizlənməsidir. İnsan ac qaldıqda orqanizmdə autofaqiya – hüceyrələrin öz-özünü yeniləməsi prosesi baş verir. Bu, bədənin həyati fəaliyyəti üçün vacib və təbii prosesdir.
Bu prosesin davamında insan orqanizmindəki hüceyrələr öz-özünü yeniləyir və daxildə zədələnmiş, köhnəlmiş hüceyrələri təmizləyir. Araşdırmalara görə, 8 saat, maksimum 16-20 saat ac qaldıqda, qaraciyər hüceyrələri özünü yeniləməklə yanaşı, həm bu orqanda reabilitasiya prosesi başlayır, bədəndə qlükoza ehtiyatının xərclənməsi nəticəsində faydasız yağ toxumaları parçalanır. Autofaqiya çox unikal bir proses olaraq, orqanizmdə yeni hüceyrələrin yaranması ilə bədənin təmizlənməsini, saflaşmasını təmin edir”.

Diyetoloq qeyd edib ki, Ramazan ayında insanlarda mədə-bağırsaq problemləri, əsasən də, qastrit və yaxud qəbizliklə bağlı narahatlıqlar yaranır:

“Bu, həmin şəxslərin orucluqda düzgün qidalanmamalarının nəticəsidir. Diyetologiya elmi həyatda Tanrının buyurduqları ilə çox bənzərdir. Ramazan ayı sağlam qidalanmaya keçid üçün bir tramplin sayıla bilər. “Köklüyün sirri - arıqlamağın açarı” adlı kitabımda Ramazanda düzgün qidalanma haqqında geniş yazmışam. Bu gözəl ayda insanları saf və sağlam olmağa çağırıram”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər