top
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə istintaqı başlayıb
25 fevral 2025, 11:01
- +

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə istintaqı başlayıb

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib.

Azertag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

İclasın əvvəlində Ruben Vardanyan və müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə yenidən etiraz ediblər.

Dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub. Habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının zəruri olmasına dair tələblər təkrarən xatırladılıb.

Vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını xahiş ediblər.

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə istintaqında sübutların tədqiq edilmə ardıcıllığına dair ittiham tərəfinin təklifini səsləndirib.

Təqsirləndirilən şəxs R.Vardanyan və onun müdafiəçisi Avraam Berman sübutların tədqiq olunma ardıcıllığına dair hər hansı təklif irəli sürməyiblər.

Bundan sonra R.Vardanyan aclıq aksiyası keçirdiyinə görə özünü yaxşı hiss etmədiyini söyləyib. Hakim təqsirləndirilən şəxsin həkim müayinəsindən keçməsi üçün fasilə elan edib.

Fasilədən sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.

Ardınca təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub, lakin o, ifadə verməkdən imtina edib.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə suallar verməyə başlayıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxs R.Vardanyandan Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal olunması, azərbaycanlıların zorla didərgin salınması, əsir və girov götürülmüş şəxslərə işgəncələrin verilməsi və öldürülməsi, Azərbaycan Respublikasına maddi ziyan vurulması və digər faktlara dair münasibətini soruşub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov, dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayev təqsirləndirilən şəxsin Azərbaycanın suveren ərazilərinin işğal olunmasına təkan verən hadisələr, Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və Davit Manukyanla münasibətləri, humanitar məqsədlər adı altında fəaliyyət göstərən “Avrora Humanitar Təşəbbüs Fondu”, Rusiya Federasiyasının vətəndaşlığından çıxma və Ermənistan Respublikasının vətəndaşlığını qəbul etmə səbəbləri barədə suallar ünvanlayıb.

Eyni zamanda, Robert Köçəryan, Serj Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan Mikaeli, Zori Balayan və digərləri ilə əlaqələri barədə suallar verilib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə qondarma rejimin dövlət naziri vəzifəsinə təyin edilməsi qaydası, həmin vəzifəyə təyin olunmasına zəmanətin kim tərəfindən verilməsi, bununla bağlı məsləhətləşmələr apardığı insanların şəxsiyyəti, Azərbaycan Respublikasının əvvəllər işğal altında olmuş hansı ərazilərinə səyahət etməsi, “Biz və Bizim dağlar Ərazi İnkişaf Agentliyi” və “Artsaxın Təhlükəsizliyi və İnkişaf Cəbhəsi Hərəkatı”nın fəaliyyət istiqamətləri barədə suallar verib.

Bundan sonra R.Vardanyanın cinayət işinin materiallarında olan müsahibəsi nümayiş etdirilərək tərcüməçinin iştirakı ilə tədqiq olunub.

Dövlət ittihamçıları məhkəmədə nümayiş etdirilən müsahibədən irəli gələn bir sıra məqamlar barədə təqsirləndirilən şəxsə suallar ünvanlayıb, o cümlədən Ermənistan ərazisindən keçərək qanunsuz olaraq Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağa gəlməsi, keçmiş qondarma rejimin ərazisində dövriyyədə olan pul vahidi, həmin qondarma rejimin ərazisində Ermənistan Respublikasının pasportundan istifadə olunma səbəbi, Ermənistan Respublikasının silahlı qüvvələrinin orada yerləşməsinin məqsəd və əsasları, R.Vardanyan tərəfindən Azərbaycan və erməni xalqlarının birgə yaşamasının qeyri-mümkünlüyünü ifadə edən, habelə xalqlar arasında nifrət və ədavəti oyadan xarakterə malik çıxışların edilmə səbəbi və məqsədi, qondarma rejimin maliyyələşdirilməsi forması və Ermənistan dövlətinin bu prosesdə iştirakı, “dövlət naziri” vəzifəsində qısa müddət olmasının səbəbi barədə suallar verib.

Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.

Məhkəmənin növbəti iclası martın 4-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Xəbər
Bu gün, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
Bu gün, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
Bu gün, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
Bu gün, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Bu gün, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
Bu gün, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
Bu gün, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
Bu gün, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
Dünən, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
Dünən, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Dünən, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Dünən, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Dünən, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Dünən, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Dünən, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
06 sentyabr 2026, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
06 sentyabr 2026, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Oxşar xəbərlər