top
Sabunçuda şəhid və veteran ailələri üçün tikilmiş yaşayış kompleksində insanlar bir sıra çətinliklərlə rastlaşıblar
01 sentyabr 2022, 09:30
- ↺ +

Sabunçuda şəhid və veteran ailələri üçün tikilmiş yaşayış kompleksində insanlar bir sıra çətinliklərlə rastlaşıblar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Sabunçu rayonu, Savalan yaşayış massivində şəhid ailələri və qazilər üçün yaşayış kompleksi inşa edilib. Lakin sakinlər bu yeni yaşayış kompleksində antisanitar vəziyyətin hökm sürdüyündən gileylidirlər. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

9 mərtəbəli 12 binadan ibarət olan şəhərcik 576 ailə üçün nəzərdə tutulub. Ancaq kompleks ərazisində zibil atmaq üçün bir ədəd belə konteyner yoxdur. Buna görə də bina sakinləri məişət tullantılarını yaxınlıqda yerləşən boş əraziyə atırlar. Sakinlər deyir ki, günlərlə orada qalan zibillər üfunət saçır və xəstəlik mənbəyinə çevrilir.

Şəhid ailələri və qazilərin problemləri bununla bitmir. Ərazi magistral yoldan uzaq olduğu üçün, bura marşrut xətti açılmayıb. Sakinlər məcbur qalıb 1-2 kilometr məsafəni piyada qət edərək digər avtobusa minməli və yaxud taksi çağırmalı olurlar.

Ərazidə ödəmə və bank terminallarının olmaması da sakinləri narahat edən problemlər sırasındadır.

Şəhid ailələri və qazilərin problemləri ilə bağlı Sabunçu RİH-nin Mənzil Kommunal Təsərrüfat Birliyinin rəsmisi Anar Qalayev bildirdi ki, həmin binalar heç bir qurumun balansında olmadığından bu əraziyə zibil konteynerləri quraşdırılmayıb. Buna baxmayaraq, rayon ərazisi olduğundan həmin ərazi kustar üsulla təmizlənir. Müqavilənin bağlanması üçün Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə müraciət olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirdilər ki, sözügedən yaşayış binalarının yerli icra hakimiyyətinin balansına verilməsi üçün yekun sənədləşmə işləri aparılır. Yaxın zamanda yaşayış kompleksi Sabunçu rayonu İH-nin balansına veriləcək.

Yeni marşrut xəttinin açılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) rəsmisi Mais Ağayev bildirdi ki, marşrut xəttinin istismarı ilə bağlı daşıyıcı şirkətlərə agentlik tərəfindən müraciət edilib. Hər hansı bir daşıyıcı şirkət tərəfindən müsbət cavab olarsa, marşrut xətti həmin istiqamətdə fəaliyyətə başlayacaq.

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər