Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsinin əsaslı təmiri yekunlaşır. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 3200 m, ortalama eni isə 14 m olan küçədə köhnə asfalt örtüyü qaşınaraq yenisi ilə əvəzlənib, piyada səkiləri və yeraltı kommunikasiya xətləri bərpa olunub, eləcə də yeni yağış barmaqlıqları quraşdırılıb. Daha sonra nişanlanma xətləri çəkiləcək, yeni yol nişanları quraşdırılacaq.
Cari il ərzində Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələrində ümumi uzunluğu 19,6 km olan küçələr əsaslı təmir olunub.
[caption id="attachment_67818" align="alignnone" width="986"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]