top
Türkan-Hövsan yolundakı mehmanxananın fəaliyyəti dayandırılıb
01 mart 2025, 02:12
- ↺ +

Türkan-Hövsan yolundakı mehmanxananın fəaliyyəti dayandırılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkan-Hövsan yolundakı mehmanxananın fəaliyyəti dayandırılıb.

Bu barədə Bakuplus.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Hövsan yolunun yaxınlığında yerləşən vətəndaş Salamov Fəqan Yavər oğluna məxsus mehmanxanada keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu işlək vəziyyətdə deyil;

- yanğın siqnalizasiya qurğusuna, tüstüyə qarşı müdafiə sisteminə, yanğına qarşı daxili su şəbəkəsinin nasos stansiyasına texniki xidmət ixtisaslı mütəxəssis tərəfindən həyata keçirilməyib;

- obyektin fasadının üzlənməsində istifadə olunmuş tikinti materialının yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim edilməyib;

- obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

- elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyektin tüstü bacası təmizlənməyib;

- obyektin qazanxanasına əlavə əşya və materiallar yığılıb;

- mətbəxə və qazanxanaya çəkilən qaz xətti “Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”na uyğun həyata keçirilməyib, o cümlədən mətbəxə gələn qaz sobaya rezin boru vasitəsilə birləşdirilib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Hövsan yolunun yaxınlığında yerləşən Salamov Fəqan Yavər oğluna məxsus mehmanxananın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər