top
Xətai rayonunda maraqların toqquşması: istirahət meydançası və parkinqin yerində hündürmərtəbəli bina tikmək istəyirlər
09 sentyabr 2022, 07:20
- ↺ +

Xətai rayonunda maraqların toqquşması: istirahət meydançası və parkinqin yerində hündürmərtəbəli bina tikmək istəyirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29-35 A1 məhəlləsinin sakinləri onların yaşadıqların binanın yaxınlığında tikinti işlərinin başlanılması səbəbindən narazılıqlarını bildirirlər. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

Belə ki, prospektin 89, 91, 95, 97, 103 və 109 nömrəli 1980-ci illərdə tikilən korporativ binaların əhatəsindəki boş ərazidə “Yaqub-a” MMC tərəfindən hündürmərtəbəli binanın tikilməsi planlaşdırılır. Sözgedən boş sahədə bir zamanlar istirahət mərkəzinin tikilməsi nəzərdə tutulmuşdur. Lakin müəyyən səbəblərdən həmin inşa həyata keçirilməyib. Buna görə də sakinlər oranı avtomobil dayanacağı kimi istifadə ediblər.

2017-ci ildən isə sözügedən ərazidə müxtəlif qurumlar bina inşa etmək istəyiblər. Lakin sakinlər tikintiyə mane olublar. Şikayətçilərin sözlərinə görə, ərazidə hündürmərtəbəli binanın tikintisi təhlükəsizlik qaydalarına ziddir. Eyni zamanda binalar korporativ olduğundan, yəni sakinlərin öz hesablarına tikildiyinə görə bu boş ərazi onların istirahəti üçün nəzərdə tutulub.

Sakinlər deyir ki, yaşadıqları ərazi sürüşmə zonasına düşür. Yağışlı havalarda binaların önündə dəfələrlə torpaq sürüşməsi qeydə alınıb, tikintinin aparması planlaşdırılan ərazidən hazırda ətrafdakı binaların kommunikasiya xətləri keçir, həmçinin köhnə ehtiyat su anbarı da burada yerləşir.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mühəndisi Cəmallədin Qurbanov bildirdi ki, ərazidə hər hansı tikintiyə icazənin verilməsi qurumun səlahiyyətində deyil. Sakinlərə təqdim olunan akt isə ünvandakı binaların istinad divarlarının və pilləkənlərin vəziyyətindən bəhs edir.

Xətai Rayon İcra Hakimiyyətinin (RİH) memarı Əhməd Məmmədov isə bildirdi ki, qeyri-iş günləri adıçəkilən ərazidə “Yaqub-a” MMC tərəfindən tikintinin aparılması cəhdi olub. Lakin dərhal rəsmi qurum tərəfindən qarşısı alınıb. Məmmədov onu da qeyd etdi ki, tələb olunan sənədlər təqdim edildikdən sonra tikintinin qanuni və ya qanunsuz olduğuna dair qərar veriləcək.

“Yaqub-a” MMC-nin hüquqşunası Nigar Mirbalayeva bildirdi ki, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, məhəllə 29-35 və 29-35a ünvanlarında yaşayış və qeyri-yaşayış binalarının tikintisinə 31 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəsmi icazə verilib. Həmçinin o, tikinti ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin sərəncamları, torpaq sahəsinin istifadəsinə, icarəyə verilməsinə dair ayrıca aktın və müqavilənin olduğunu vurğulayıb. Tikinti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi publiki hüquqi şəxsin və digər qurumların da rəyi var.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu da bildirdi ki, həmin torpaq sahəsi “Yaqub-a” MMC-nin istifadəsinə verilib. 31 avqust 2022-ci il tarixində Bakı şəhər Memamırlıq və  Şəhərsalma baş idarəsi tərəfindən həmin ərazidə yaşayış binasının tikintisinə elektron portal vasitəsilə elektron formada icazə verilib.

[caption id="attachment_69128" align="alignnone" width="1024"]Xətai rayonunda maraqların toqquşması Foto Real Tv-nin rəsmi Youtube kanalı[/caption]

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadəsi elan edildi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Oxşar xəbərlər