Paytaxtın Xətai rayonu, 138 saylı tam orta məktəbdə sakinlərlə növbəti görüş keçirilib. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, YAP Xətai rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Tədbirdə sakinlərin şikayət və təklifləri dinlənildi, onları narahat edən məsələlərlə bağlı müvafiq qurumlara yerindəcə tapşırıqlar verildi. Həmçinin keçən görüşdə müzakirə olunan mövzuların həlli üçün atılan addımlar barədə də məlumat verildi.
Bu kimi görüşlər daimi olaraq təşkil olunmaqda davam ediləcək.