Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov, Dənizkənarı və Mustafa Sübhi küçələrində məhəllə və binaların abadlaşdırılması üzrə işlər aparılır. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Xəzər rayonu İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Keçirilən layihə çərçivəsində təmizlik işləri aparılır, yolboyu sakinlərin fərdi yaşayış evlərinin divarları, hasarları, darvazaları rənglənir, işıq dirəklərində olan nasazlıqlar aradan qaldırılır, ərazidəki qaz kəmərləri rənglənir.
Həmçinin qeyd olunan küçələrdə alaq otları vurulub, bərk məişət tullantıları daşınılıb, yollar xüsusi süpürən-təmizləyən maşınların köməkliyi ilə təmizlənib, piyada səkiləri asfaltlanıb, yeni bordürlər düzülüb və ətrafa yeni yaşıllıqlar salınıb.
[URIS id=68364]