Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan sakinlər yolların vəziyyətindən narazıdırlar. Bu gün, sentyabrın 10-u yağan yağış nəticəsində qəsəbənin Yavər Əliyev küçəsində nəqliyyatın hərəkətini iflic edib. Bu haqda Bakuplus.az İnsanoid.com-a istinadən məlumat verir.
Yollar kələ-kötür olduğundan avtobuslar istiqamətini dəyişir və başqa küçələrlə hərəkət edir. Bu səbəbdən küçədə yaşayan sakinlər avtobuslardan istifadə edə bilmirlər.
Yolları su basması nəticəsində nəqliyyat vasitələri ilə yanaşı, piyadalar da hərəkət etməkdə çətinlik çəkirlər.