Paytaxtın Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, 98 ünvanında yeni su xətti çəkilir. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az xəbər verir.
Hazırda küçədə qazıntı işləri aparılır və, paralel olaraq yeni borular yerləşdirilir. Ərazidə hərəkət qismən məhdudlaşdırılıb.
Sakinlərin sözlərinə görə, bu günə qədər həmin əraziyə su saatla gəlirdi. Yeni xətt çəkiləndən sonra suyun verilişinin daimi olacağı bildirilib.