Paytaxtın Yasamal rayonu, Ümid Əkbərov küçəsinin sakinləri yenə zibil problemi ilə üzləşiblər. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Onların sözlərinə görə, 10 gündür məişət tullantıları konteynerləri təmizlənmir. Zibillər artıq yaxınlıqdakı ərazilərə tullanılır və bu səbəbdən yaranan pis qoxu insanları narahat edir.
Daha öncə, 6 iyul tarixində Bakuplus.az bu məsələni işıqlandırmışdır. Bundan bir gün sonra Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları müdaxilə edərək problemi aradan qaldırmışdılar.
[caption id="attachment_68939" align="alignnone" width="1024"]
Foto BakuPlus.az[/caption]