Nərimanov rayonunda “İdman hamı üçün" aksiyası çərçivəsində 28 avqust tarixində Bakı Konqres Mərkəzinin qarşısında veloyürüş təşkil olunacaq. Bu haqda 26 avqust tarixində Bakuplus.az xəbər verir.
Saat 18:00-da başlayacaq veloyürüş Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilir.
Bütün yaş qruplarından olan sakinlər sözügedən aksiyaya öz velosipedi ilə qoşula bilərlər.