Bakılı idmançı Güc idman növləri üzrə cənub turnirində qızıl medala sahib olub. Bu haqda 29 avqust tarixində Bakuplus.az məlumat verir.
28 avqust tarixində Lənkəran Olimpiya Kompleksində şəhid Emil Qurbanovun xatirəsinə həsr olunmuş Güc idman növləri üzrə cənub turniri təşkil olunub. Çempionatda iştirak edən İslam Cəfərov (80 kq) “Beach press” və “Streetlifting” üzrə yarışlarda bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi və ASF-nin təşkilatçılığı ilə keçirilib.