Bakılı idmançı Ayxan Mamayev Dünya çempionatının qalibi olub. Bu haqda 12 sentyabr tarixində Bakuplus.az məlumat verir.
30 yaşlı karateci Çexiyanin Pordubitse şəhərində keçirilən Dünya çempionatında 84 kq çəki dərəcəsində 3 qızıl və açıq çəkidə 1 qızıl medal qazanıb. Mamayev ümumilikdə 20 döyüşdə qalib gələrək “Grand Winner” kəmərinin sahibi olub.
Ayxan Mamayev 3 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. Karate ilə 7 yaşında məşğul olmağa başlayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.