Bakılı bodibilder beynəlxalq yarışda ən yaxşılar sırasında olub. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az idmançının rəsmi səhifəsinə istinadən xəbər verir.
Rasim Həsənov “Mister Olympia Amateur Eastern Europe” müsabiqəsində 4-cü yerə layiq görülüb.
“9 ay hazırlaşdığım yarış sona çatdı. 4-cü yeri tutdum, 4-cü beynəlxalq yarışım oldu və 4-cü dəfə Azərbaycanın bodibildinq tarixində olmayan nəticəni gətirdim,”- deyə, o qeyd edib.
Adıçəkilən yarış həvəskar bodibilderlər arasında dünyanın ən nüfuzlu turnirlərindən biridir. Azərbaycan bu turnirdə ilk dəfə təmsil olunub.
Daha öncə, Rasim Həsənov Avropa çempionatında “Muscular Men’s physique” üzrə qızıl medal, “Arnold Classic” turnirində qızıl, dünya çempionatının “Muscular Men’s Physique” açıq qiymətləndirmə kateqoriyasında isə gümüş medal qazanmışdır.
[caption id="attachment_66110" align="alignnone" width="800"]
Foto Rasim Həsənovun şəxsi İnstagram səhifəsi[/caption]