Şahmat üzrə qadınlar arası Avropa çempionatında təmsilçimiz erməni rəqibinə qalib gəlib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az çempionatın rəsmi saytına istinadən xəbər verir.
Günay Məmmədzadə Ermənistanlı Maria Gevorgyanı məğlub edib. O, hazırda turnirdə 0,5 xal fərqlə 2-ci pillədə qərarlaşıb. Şahmatçının növbəti rəqibi də Ermənistandan olan Elina Danielian olacaq.
Çexiya Respublikasının paytaxtı Praqada qadınlar arasında Avropa çempionatı 31 avqust tarixinə qədər davam edəcək. Azərbaycanı bu yarışda 7 qadın şahmatçımız təmsil edir.