Sabunçu rayonu Zabrat qəsəbəsində 198 saylı sərnişin avtobusu qəza törədib. Bu haqda bu gün, 28 oktyabr tarixində Report məlumat yayıb.
Nəqliyyat vasitəsi hərkətdə olarkən sürücü idarəetməni itirib və Sabunçu Yol Polisi İdarəsinin hasarına çırpılaraq quruma maddi ziyan vurub.
Ərazidə tıxac yaranıb. Xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.