Bakıda gənc motosikletçi qəzaya uğrayıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 7 aprel tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində 24 yaşlı Əli Mahmudov idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.