Bakıda DYP əməkdaşı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 6 avqust tarixində xəbər verir.
Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yolun qarşı hərəkət zolağına çıxan 99-OM-800 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobil qaydaları kobud şəkildə pozaraq qəza şəraiti yaradıb.
Videogörüntülərdə avtomobili idarə edən sürücünün yol polisi əməkdaşı olması görünür.
Qəza şəraitinə düşən nəqliyyat vasitəsinin sürücüsünün ona “niyə qayda pozursan?” deyərək irad tutmasına “Yaxşı edirəm!” cavabını verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bu barədə açıqlama verib:
“Qeyd olunan şəxsin kimliyi müəyyən edilib. Onun əməlinə həm etdiyi qayda pozuntusu üzrə, həm də, əlavə olaraq, polis əməkdaşı olduğu nəzərə alınaraq, “İntizam nizamnaməsi”nin və “Etik davranış kodeksi”nin tələblərinə uyğun hüquqi qiymət veriləcək”.
Həmin görüntüləri təqdim edirik:
[video width="720" height="720" mp4="https://bakuplus.az/storage/photos/2022/08/297741161_1750363025308117_4210286416012695462_n.mp4"][/video]