Paytaxtın Xətai rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Report.az məlumat yayıb.
S.Mehmandarov küçəsində 62 yaşlı Zəhra Məmmədova yolu keçərkən onu avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı arşadırma aparılır.
Bu gün, 4 oktyabr tarixində eyniadlı rayonda daha bir avtoqəza baş vermişdir. Bir nəfər dünyasını dəyişmişdir.