Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyatlar keçirib, 22 kiloqram narkotik vasitə aşkarlanıb.
Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron rayonu ərazisində keçirilən növbəti əməliyyat zamanı 24 yaşlı Əlqədir Cahangirov saxlanılıb. Onun idarə etdiyi “Toyota” markalı avtomobilinə baxış zamanı ümumilikdə 22 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Saxlanılan şəxs İran vətəndaşı vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerdən narkotik vasitələri götürərək onları ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.