Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Güzdək qəsəbəsində qeydə alınıb.
Belə ki, 41 yaşlı Əsgərov Vüsal İlyas oğlu yol kənarında durarkən onu “KamAz” markalı yük avtomobili vurub.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.