Abşeronda yanğın hadisəsi baş verib.
Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb. Belə ki, ümumi sahəsi 20 kv.m olan köməkçi tikili yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.