Bakıda Tural Abbasov qısqanclıq zəminində həyat yoldaşı Zoya Abbasovaya xəsarət yetirib. Oxu.az xəbər verir ki, hadisə 2023-cü ilin noyabrında baş verib.
Belə ki, Tural, Zoyanın telefonuna gələn zəngdən sonra mübahisə edərək onu döyüb. Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Tural 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.