Bakıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) İstinadən xəbər verir.
Sabunçu, Suraxanı və digər rayonlarda polisin keçirdiyi tədbirlər nəticəsində ictimai nəqliyyatda cibgirlik edən əvvəllər məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov saxlanılıblar.
Onların avtobuslarda törətdikləri hadisələrin bir neçəsi müşahidə kameraları vasitəsilə qeydə alınıb.
Faktlarla bağlı araşdırma aparılır.