Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ikinci korpusunun birinci mərtəbəsində tüstülənmə olub. Bu haqda bu gün, 17 noyabr məlum olub.
ADNSU-nin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərovun sözlərinə görə, ali təhsil müəssisəsində zibil qutusunun içərisində kağız yanıb. Baş verən alışma qısa zaman ərzində universitetin işçiləri tərəfindən söndürülüb. O, həmçinin qeyd edib ki, tələbələrin təxliyəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil. Korpusda dərs prosesi kəsilməyib.