“Azneft”in dərin dəniz özülündə yanğın baş verib.
APA xəbər verir ki, 2 sentyabr 2024-cü il tarixində “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.
Hadisə nəticəsində 64 yaşlı, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı Rafiq İsa oğlu İslamov həyatını itirib. Onun zəhərlənmədən vəfat etdiyi qeyd olunub.
Hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.