Bakıda yol qəzası baş verib. Hadisə Nəsimi rayonunda qeydə alınıb. Bu haqda BakuPlus.az APA-ya istinadən 22 fevral tarixində xəbər verir.
Rayonun 20 Yanvar küçəsində “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü yol nişanının tələbini pozaraq əsas yola çıxan zaman eyni markalı avtomobil ona çırpılıb.
Qəza avtomobildə olan azyaşlının ağır xəsarət alması ilə nəticələnib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_34444" align="alignnone" width="800"]
Foto Apa.az saytından[/caption]