Bakıda, Bülbül prospektinin Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsində qəza baş verib. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az məlumat verir.
“Toyota Prius” markalı maşın “Nissan” markalı avtomobillə toqquşub, daha sonra isə aldığı zərbədən mağazaya çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
[caption id="attachment_49552" align="alignnone" width="800"]
Foto Avtosfer.az saytı[/caption]