Sabunçu rayonu ərazisində saxlanılan narkotacirə hökm oxunub. Bu haqda bu gün, 11 noyabr tarixində Trend məlumat yayıb.
Nofəl Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il azadlıqdan məhrum edilib.
O, qeyd olunan rayonda tutularkən, üzərindən və yaşadığı evdən ümumilikdə 1 kiloqram 500 qramdan artıq heroin aşkar edilmişdir.
Bundan əvvəl, 10 noyabr tarixində başqa narkotacirə həbs cəzası verilmişdir.