Sabunçu rayonunda yeniyetmə oğlanı avtomobil vurub. Bu haqda 9 avqust tarixində Report məlumat verib.
Zabrat qəsəbəsində 12 yaşlı Turhan Qasımlı yolu keçərkən onu avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.