Bakıda gənc oğlan bədbəxt hadisə nəticəsində həyatını itirib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 6 avqust tarixində xəbər verir.
Paytaxtın Xətai rayonu, “Babək Plaza”nın yaxınlığında hündür mərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılan şəxs aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.