Bakıda itkin düşən 14 yaşlı oğlan tapılıb.
Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində məktəbli tapılaraq ailəsinə təhvil verilib.
***
1986-cı il təvəllüdlü Olqa Əliyeva 2010-cu il təvəllüdlü oğlu Ömər Əliyevin itkin düşməsi ilə bağlı polisə müraciət edib.
APA xəbər verir ki, onun Qaraçuxur qəsəbəsindəki 146 saylı məktəbdən çıxaraq itkin düşdüyü bildirilir.
Faktla bağlı araşdırılma aparılır.