Bakının Nərimanov rayonu ərazisində avqustun 6-sı, saat 22:00 radələrində 18 yaşlı qız itkin düşüb. Bu haqda bu gün, 8 avqust tarixində Lent.az məlumat verib.
Rəfiqə Məmmədova M.Məmmədov küçəsi, 14 ünvanında bibisinin evindən çıxaraq naməlum istiqamətdə gedib. Qızın anası hadisə ilə bağlı polisə müraciət edib.
Hazırda axtarış tədbirləri aparılır.