Bakıda 2 avtomobili qarət edən oğru saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi xəbər verib.
Nəsimi rayonunda 2 avtomobildən pul və mobil telefon oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər də məhkum olunmuş T.Kazımov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.