Bakının Suraxanı və Yasamal rayonlarında dava zamanı 2 nəfər bıçaqlanıb.
APA-ya istinadən Suraxanı rayonu, Günəşli qəsəbəsində 30 yaşlı Samir Eynullayev tanışı ilə əlbəyaxa dava edərkən bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Report-un məlumatına əsasən, Yasamal rayonunda 29 yaşlı Elman Həsənov dava zamanı ilk öncə bıçaqlanıb, sonra isə döyülüb. Yaralı boyun, baş nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yaraları və üz nahiyələrinin əzikləri diaqnozları ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Hər iki faktla bağlı araşdırma davam edir.