Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 28 iyul tarixində Report məlumat verib.
Ukrayna dairəsi yaxınlığında 24 yaşlı Elçin Cavadovu yolu keçərkən avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.