Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində bədbəxt hadisə baş verib. Bu haqda 30 oktyabr tarixində APA məlumat verib.
25 yaşlı Murad Fərəcov yaşadığı binanın 9-cu mərtəbəsində yerləşən mənzilinin eyvanından ehtiyatsızlıqdan yıxılıb. Aldığı xəsarətlər nəticəsində o, komaya düşüb.
Zərərçəkmiş Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.