Bakıda gənc oğlan bıçaqlanıb. Hadisə Nəsimi rayonunda baş verib. Bu haqda Report xəbər verib.
Paytaxtın Nəsimi rayonunun üçüncü mikrorayon dairəsi yaxınlığında 27 yaşlı Kamran İbrahimov baş vermiş kütləvi dava zamanı bıçaqlanıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının bədəninin müxtəlif nahiyələrində 10-dan artıq kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hadisənin təfərrüatı araşdırılır.