Bakıda 3 narkoman saxlanılıb. Bu haqda 7 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Sabunçu rayonunda polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri S.Hüseynov, F.Fəttahov və əvvəllər məhkum olunmuş R.İsmayılov saxlanılıblar. Onların üzərində 13 qramdan artıq heroin və metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma davam edir.