Paytaxtın Sabunçu rayonunda 3-ü qadın olmaqla 33 nəfər narkotacir saxlanılıb. Bu haqda bu gün, 24 dekabr tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Son ay ərzində keçirilən silsilə əməliyyatlar nəticəsində rayonun Maştağa, Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində ümumilikdə 7 kiloqrama qədər narkotik maddələr aşkarlanaraq dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Bundan əvvəl, 24 dekabr tarixində paytaxtın Yasamal, Suraxanı və Abşeron rayonlarında keçirilən genişmiqyaslı əməliyyatda 19 nəfər narkotik alverçisi saxlanılmışdır.