Oktyabrın 29-u gecə saatlarında Bakı sakini küçədə bıçaqlanıb.
APA-ya istinadən hadisə Xətai rayonunda baş verib. Naməlum şəxs və ya şəxslər Həzi Aslanov stansiyasının yaxınlığında 39 yaşlı Azər Fərzəliyevı bıçaqlayıblar. O, çoxlu qan itirib, həmçinin aqonal (canvermə) vəziyyətə düşüb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.