Bakı şəhəri, Nəsimi rayonunda bu gün, 25 noyabr gecə saatlarında iri ağac aşıb. Bu haqda Trend Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə istinadən məlumat verib.
Hadisə yerinə aidiyyatı orqanların əməkdaşları cəlb olunub, fəsadlar aradan qaldırılıb.
Noyabrın 24-ü axşam saatlarında Bakıda hava kəskin pisləşib. Küləyin sürəti saatda 65 km-ə çatıb, noyabrın 25-də gecə və səhər saatlarında yağış yağıb.