25 oktyabr tarixində Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəbdə hadisə baş verib. 10A sinif şagirdi 2-ci mərtəbənin pəncərəsindən tullanaraq yıxılıb. İlkin məlumata görə, şagird intihara cəhd edib. Bu barədə APA məktəb rəhbərliyinə istinadən açıqlama verib.
Rəsmi məlumata əsasən, yeniyetmə dərsdən yayınmaq məqsədilə pəncərədən tullanıb. Nəticədə onun qaşı partlayıb, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Şagirdin qaşına 3 saylı Şəhər Kliniki Xəstəxanasında tikiş qoyularaq o, evə buraxılıb.