Bakıda ahıllara qarşı dələduzluqda iştirak edənlər tutulublar. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı kuryer qismində hadisələrin törədilməsində iştirak edən 14 nəfər saxlanılıb.
Sözügedən şəxslər yaxın qohumlarının xəstə olmaları, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə kütləvi zənglərin edilməsi onların pullarını mənimsəməkdə ittiham olunurlar. Onlar bu yolla ümumilikdə 10 vətəndaşa 240.900 ABŞ dolları və 55.100 AZN maddi ziyan vurublar.
Onlar barəsində araşdırmalar davam edir.