Bakıda avtobusun şüşəsini sındıran şəxs saxlanıb. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Bu haqda APA 11 dekabr tarixində xəbər verib.
Polis 8 dekabr tarixində “BMW” markalı motosikleti ilə “Isuzu” markalı avtobusun alın şüşəsini dəmir parçası ilə sındıran R. Əmrahlını müəyyən edərək saxlayıb.
Araşdırma aparılır.