Bakının Nəsimi rayonunda bu gün, 29 iyun saat 08:30 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Bakuplus.az məlumat verir.
Hadisə Ələddin Quliyev küçəsində qeydə alınıb. “VAZ 2103” markalı avtomobilin sürücüsü idarəetməni itirərək divara çırpılıb. Zərbənin təsirindən avtomobil aşıb.
Sürücünün səhhəti pis olduğu üçün idarəetməni itirdiyi bildirilib.
[URIS id=50256]