Bakıda avtomobil xəstəxananın divarını uçuraraq alışıb. Bu haqda 1 iyun tarixində APA məlumat verib.
Nəsimi rayonu, Mirəsədulla Mirqasımov və Mərdənov qardaşları küçələrinin kəsişməsində “Hyundai” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib və 1 saylı xəstəxanın hasarını uçuraraq içəri daxil olub.
Qəza nəticəsində maşının sürücüsü və sərnişini komatoz vəziyyətinə düşüblər. Onlar xəstəxana işçilərinin köməkliyi ilə maşından çıxarılaraq reanimasiyaya yerləşdiriliblər. Hazırda hər iki yaralının vəziyyəti ağırdır.
Qəzadan sonra avtomobil yanmağa başlayıb və hadisə yerinə FHN-in əməkdaşları cəlb edilib. Alovun ətrafa keçməsinin qarşısı alınıb.
[URIS id=46652]