Paytaxtda oğurluq hadisəsi baş verib.
Oktyabrın 2-də saat 4 radələrində paytaxtın Bakıxanov qəsəbəsi ərazisindən “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 37 yaşlı V.Nurullayev Biləsuvar rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.