Paytaxtın Nəsimi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 27 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Renault” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsi yanıb. Avtomobilin digər hissəsinə ziyan dəyməyib.
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.